İtaliyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandıbackend

İtaliyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı

Sentyabrın 25-də İtaliyada yeni parlament seçkiləri keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat dərc edib.

Xəbəri İtaliyanın istefa vermiş baş naziri Mario Draqi Nazirlər Şurasında təsdiqləyib.

Bundan əvvəl İtaliya prezidenti Sercio Mattarella Draqinin istefasından sonra 70 gün ərzində yeni seçkilər üçün parlamentin buraxılması haqqında fərman imzalayıb.

İtaliya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Nazirlər Şurasının iclasında Draqi yeni seçkilərə qədər hökumətin işinin prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, “pandemiya ilə bağlı fövqəladə halları, Ukraynadakı münaqişələri, inflyasiya və enerji qiymətlərini həll etmək lazımdır.

Cümə axşamı Draghi istefa ərizəsini Mattarellaya təqdim edib. Hökumətə cari vəzifələri yerinə yetirmək tapşırılıb. Hökumətin səlahiyyətləri parlament seçkilərinin nəticələrinə əsasən yenisi formalaşana qədər davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*