İtaliyadan İraqla bağlı SON DƏQİQƏ QƏRARI: Bütün qoşunlar ÇIXARILDIbackend

İtaliyadan İraqla bağlı SON DƏQİQƏ QƏRARI: Bütün qoşunlar ÇIXARILDI

İtaliya İraqdakı bütün hərbi qüvvələrini ölkədən tamamilə çıxardığını elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Material-texniki vasitələrin daşınmasında və çıxarılmasında iştirak edən sonuncu hərbi qulluqçuların da qayıtması ilə bu gün Silahlı Qüvvələrimizin İraqdakı mövcudluğu başa çatır”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

İtaliya Müdafiə Nazirliyi bu illər ərzində xidmət edənlərə minnətdarlığını bildirib: “İraqda bu on iki il ərzində xidmət etmiş Silahlı Qüvvələrimizin kişi və qadın hərbçilərinə təşəkkür edirəm. Onlar öz borclarını peşəkarlıqla, fədakarlıq və məsuliyyət hissiyyatı ilə yerinə yetiriblər. Hamısına təşəkkürümü bildirirəm”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*