İtaliyanın sabiq baş məşqçisi “Qalatasaray”a başçılıq edə bilərbackend

İtaliyanın sabiq baş məşqçisi "Qalatasaray"a başçılıq edə bilər

İtaliyanın sabiq baş məşqçisi Roberto Donadoni “Qalatasaray”a başçılıq edə bilər.

KONKRET.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Türkiyə klubu ilə danışıqlar aparmaq üçün artıq İstanbula gəlib.

R.Donadoni Çin çempionatından ayrıldıqdan sonra iki ilə yaxın işsizdir.

“Bolonya”, “Livorno”, “Cenoa”, “Napoli”, “Kalyari” və “Parma” kimi klublarda da çalışıb. 2006-2008-ci illərdə R.Donadoni İtaliya millisinə rəhbərlik edib.

Qeyd edək ki, “Qalatasaray”da uğursuz mövsümdən sonra rəhbərlik dəyişikliyi gündəmə gəlib. Türkiyə klubunda prezident seçkiləri keçirilib və bu seçkilərdə Dursun Özbək qalib gəlib./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*