İyulun 2-də Günəş tutulması və təxminən 4-5 dəqiqə sürəcəyi gözlənilir. İyulun 16-17-sində isə Ay tutulması olacaq. Ay tutulması təxminən saat 04:34 – 08:01 vaxtlarında müşahidə ediləcək. Türkiyənin tanınmış astroloqu Aygül Aydın bildirir ki, Oğlaq bürcündə gerçəkləşəcək hadisə nadir astroloji olaydır. Eləcə də bu tutulma 2008-ci ildən bəri Oğlaq bürcündə olan Plutonun tam qarşısındadır. Aygül Aydın hesab edir ki, baş verəcək tutulma sonlar ve başlangıclarla bağlıdır; sizə ya qapını göstərəcəklər və ya yeni bir ağ keçid açılacaq. Bu da keçmişi arxada buraxmaq anlamına gəlir. Günəş tutulması sizə hərəkətə keçmə, qarşı-qarşıya qalacağınızı seçmə, sağlam, ya da geri çəkilmə imkanı verəcək. Hədəflərinizi müəyyən etməyiniz vacibdir. Yaşamın çətin tərəfinin artıq asanlaşdırma fürsətlərini yaxalama zamanıdır. Aygün Aydın: “Rolunuz nə olursa, olsun, ya da hansını seçərsəniz seçin, kiçik və ya böyük bir şəkilde oynayın. Cəsarətli olun”.
Qeyd edək ki, bu ilin noyabrın 11-də isə Merkuri planeti Günəşin qabağına keçəcək. Teleskopla və ya durbinlə baxıldığında Merkuri Günəş diskinin qabağında ancaq qara bir nöqtə kimi görünəcək.