İzmirdə 7 bal gücündə zəlzələ ola bilərbackend

İzmirdə 7 bal gücündə zəlzələ ola bilər

Türkiyənin İzmir vilayətində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ ola bilər.

KONKRET.AZ-ın məlumatına görə, bunu Türkiyə Geoloqlar Palatasının baş geoloqu Alim Murathan deyib.

Onun sözlərinə görə, İzmir də İstanbul kimi seysmik fəal zonada yerləşir.

A.Murathan bildirib ki, İzmir sakinlərini zəlzələ baş verən zaman atılacaq addımlar barədə məlumatlandırmaq lazımdır.

Qeyd edək ki, bir müddət əvvəl İstanbulda 6 bala yaxın zəlzələ baş vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*