Jirinovski Lenini və Stalini yıxıb sürüdü: Rusiya ərazilərini paylayıblarbackend

Jirinovski Lenini və Stalini yıxıb sürüdü: Rusiya ərazilərini paylayıblar

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiya ərazilərinin SSRİ respublikalarına parlamentin razılığı olmadan “verilməsinə” görə Sovet rəhbərləri  – Vladimir Lenini və İosif Stalini qınayıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Lenin o dövrdə deputatlarının razılığı olmadan Estoniya, Litva və Latviyaya müstəqillik hüququ verib.

“Sovet Rusiyasının heç bir orqanı bununla bağlı iclas keçirməyib”, — deyə Jirinovski bildirib.

Onun sözlərinə görə, “təhsilsiz yoldaş” Stalin də rus xalqını unutmaqla xəritəni bölüb.

“O vaxt Estoniya və Latviya olmayıb. Litva da Polşaya daxil idi. Tallin – Rusiya şəhəridir, adı Reveldir. Tartu Rusiyanın Yuryev şəhəridir…“ , – deyə Jirinovski vurğulayıb.

Siyasətçi hesab edir ki, adıçəkilən torpaqların hamısı Rusiyaya məxsus idi.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*