Jozep Borrell: Bakının bu addımını alqışlayırıq!backend

Jozep Borrell: Bakının bu addımını alqışlayırıq!

Avropa İttifaqı Ermənistanın və Azərbaycanın Gürcüstanın köməyi ilə həbsdə olan 15 erməni əsirinin Azərbaycan tərəfindən geri qaytarılmasını və Ağdam rayonunun mina xəritələrinin Ermənistan tərəfindən verilməsi addımlarını alqışlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nmayəndəsi Jozep Borrellin açıqlamasında bildirilib.

Onun sözlərinə görə, bunlar Bakı və İrəvan tərəfindən mühüm humanitar addımlar və etimad yaradan jestlərdir. J.Borrell bildirib ki, Aİ bunun tərəflər arasında gələcək əməkdaşlığa və itkilərin qarşısını almaq üçün minalanmış ərazilərin mövcud xəritələrinin yekun verilməsinə yol açacağına ümid edir:

“Avropa İttifaqı və digər beynəlxalq iştirakçılar bu istiqamətdə atılan addımları fəal şəkildə təşviq edir və bu məsələdə iştirak edən ölkələr arasında daha da əməkdaşlıq etməyə çağırırıq”.

Aİ-nin yüksək nümayəndəsi bildirib ki, Avropa İttifaqı mümkün olduğu təqdirdə sabitləşmə, münaqişədən sonrakı bərpa işləri və etimadın artırılması tədbirlərini dəstəkləyərək münaqişənin davamlı və hərtərəfli həllini təşviq etməyə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*