Kadırov “LXR” qəhrəmanı adına layiq görüldübackend

Kadırov "LXR" qəhrəmanı adına layiq görüldü

Kadırov “LXR” qəhrəmanı adına layiq görülüb.

KONKRET.az xəbər verir ki, qondarma Luqansk respublikasının rəhbəri Leonid Paseçnik Çeçenistan rəhbəri Ramzan Kadırova Qəhrəman (LXR) mükafatını təqdim edib. Təntənəli mərasim çərşənbə günü, avqustun 3-də Qroznıda baş tutub.

“Ukrayna faşistləri ilə qarşıdurmamızda bizə göstərdiyiniz köməyə görə Çeçenistan xalqına minnətdarıq”, – Pasecnik deyib..O,  Axmat bölmələrinin döyüşçülərinə döyüşdə göstərdikləri köməyə görə də təşəkkür edib.

“Luqansk Xalq Respublikası başçısının fərmanı ilə Luqansk və Donetsk Xalq Respublikalarının ərazilərinin azad edilməsi və əhalisinin silahlı təcavüzdən qorunması üzrə xüsusi hərbi əməliyyat zamanı hərbi borcunu yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətə görə Ukraynadan olan Kadırov Ramzan Axmatoviç Luqansk Xalq Respublikasının Qəhrəmanı  adına layiq görülüb”, – sənədin mətnində deyilir.

Qeyd edək ki, iyulun 27-də Kadırov Rusiya Prezidenti Vladimir Putinin onu Aleksandr Nevski ordeni ilə təltif etdiyini açıqlayıb.

2020-ci ildə Çeçenistan rəhbərinə general-mayor hərbi rütbəsi verilib. Kadırov həm də ölkənin ali mükafatına – Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*