Kadırov Ukraynada müharibənin başa çatacağı vaxtı AÇIQLADIbackend

Kadırov Ukraynada müharibənin başa çatacağı vaxtı AÇIQLADI

“Xüsusi əməliyyat” ilin sonuna qədər başa çatacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalda yazıb. O bildirib ki, “xüsusi əməliyyat” ilin sonuna qədər bitəcək.

“İlin sonuna kimi “xüsusi əməliyyat” başa çatacaq. Avropa dövlətləri öz hərəkətlərinin yanlışlığını dərk edəcək, Qərb diz çökəcək və həmişəki kimi Avropa dövlətləri Rusiya Federasiyası ilə bütün sahələrdə əməkdaşlıq etməli olacaqlar. Başqası olmamalıdır və olmayacaq”.

Xatırladaq ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynada hərbi “xüsusi əməliyyat”a başladığını elan etməsindən bir il ötür.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*