Kadırovdan Ukrayna ordusu ilə bağlı qorxunc xəbərbackend

Kadırovdan Ukrayna ordusu ilə bağlı qorxunc xəbər

Çeçenistan lideri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrinin Sumı vilayətində ciddi itkilər verdiyini bildirib.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bunu şəxsi Teleqram kanalında paylaşdığı açıqlamada deyib.

Kadırovun sözlərinə görə, cəbhənin bu istiqamətində Ukrayna qüvvələri meşəlik ərazidə möhkəmlənməyə cəhd etsə də, nəticədə böyük itkilərlə üzləşir.

O qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin endirdiyi zərbələr yalnız ukraynalı hərbçiləri deyil, onların istifadə etdiyi sığınacaq və mövqeləri də məhv edir.

Bundan əvvəl Rusiya tərəfi Ukraynaya qarşı həyata keçirilən cavab hücumlarının bəzi təfərrüatlarını açıqlamışdı. Kadırov iddia edib ki, Qroznıya yönələn zərbələrə cavab olaraq Ukrayna ərazisində 60-dan çox hədəf vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*