Kanala düşən hərbçinin axtarışları davam etdirilir – VİDEObackend

Kanala düşən hərbçinin axtarışları davam etdirilir - VİDEO

Föqvəladə Hallar Nazirliyi (FHN) ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində baş verən qəza ilə bağlı məlumat yayıb.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.

“Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək”, – rəsmi məlumatda bildirilib.

Xatırladaq ki, ilkin ehtimallara görə, aprelin 17-də Beyləqan rayonu ərazisində körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb. Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılsa da, sürücü maşında olmayıb. Axtarışları aparılan şəxsin hərbçi olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*