Bu gün Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti tapılıb.
KONKRET.az-ın məlumata görə, Qusar rayonu, Samur qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
=======================================================================================================
Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfər batıb.
Bu barədə KONKRET.az-a FHN-dən məlumat verilib.
Hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
APA
