Kanalizasiya alimlərə dünyanın narkotik istifadəsi xəritəsini çəkməyə kömək etdibackend

Kanalizasiya alimlərə dünyanın narkotik istifadəsi xəritəsini çəkməyə kömək etdi

Kanalizasiya axınının təhlili göstərib ki, əksər böyük şəhərlərdə qanunsuz maddələrdən istifadə səviyyəsi artıb.

41 təşkilatdan olan beynəlxalq tədqiqatçılar qrupu müxtəlif ölkələrdə bir neçə növ narktik maddələr istifadəsinin səviyyəsinin necə dəyişdiyini təhlil ediblər. KONKRET.az bildirir ki, bunun üçün elm adamları çirkab sularından götürülmüş nümunələrindən istifadə ediblər.

Təhlil üçün alimlər amfetamin, metamfetamin, ekstaz və kokain kimi narkotikləri seçiblər. Su nümunələri isə 2011-2017-ci illər ərzində 37 ölkənin 120 şəhərindən götürülüb.

İlk üç ildə narkotik monitorinqi yalnız Avropa şəhərlərində həyata keçirilib, sonradan təhlildə Avstraliya, Yeni Zelandiya, Kolumbiya, ABŞ, Kanada, Cənubi Koreya, İsrailMartinika üçün məlumatlar da yer alıи.

Tədqiqat üçün nümunələr çirkab su təmizləyici qurğulardan götürülürdü. Mart və ya aprel aylarında yeddigünlük müddət ərzində əldə edilmiş alikotlar (nümunələrin ümumi nümunə həcminin nümayəndəsi) analiz üçün seçilirdi. 60 milyondan çox insana xidmət göstərən 143 təmizləyici qurğunun tullantıları həftədə ən azı bir dəfə analiz edilirdi.

Avropanın 14 ölkəsindəki iyirmi altı şəhər (yəni 19.3 milyon insandan su toplayan 29 təmizləyici qurğu) elm adamlarına beş ildən çox məlumat verib. Bu məlumatlar sayəsində müvəqqəti dəyişikliklərin qiymətləndirilməsi üçün zəruri olan əsas məlumat bazası yaradılıb.

Müəlliflərin fikrincə, nəticələr narahatlıq doğurub. Təhlil üçün seçilmiş dörd növ narkotik maddənin sudakı miqdarı illər ərzində bir çox ölkədə artmaqdadır.

Avstraliyanın KanberraTuvumba bölgələrində metamfetamin istifadəsi cəmi üç il ərzindədə 170 faiz artıb. Mütləq mənada bu göstərici bir gündə min nəfərə 271-331 mq deməkdir. Adelaida əyalətində göstəricilər daha yüksəkdir – 507-dən 659 mq-a qədər, lakin yerli hakimiyyətin səyləri sayəsində yaxşılaşma meyli var. Birləşmiş Ştatlarda da problemli nəticələr üzə çıxıb: Sietldə gündə min nəfərə 230 mq. Müqayisə üçün, Şərqi Avropadakı ölkələrin nümunələrində bu dərmanın səviyyəsi gündə min nəfərə 150 mq olub.

Kokain istifadəsi ortalama 13 faiz artıb. Liderlər: London, Bristol, Amsterdam, Sürix, Cenevrə, Sankt-GallenAntverpen – gündə min nəfərə 600-900 mq səviyyəsində qeydə alınıb. Medellin (Kolumbiya) və Sietldə də bu qadağan edilmiş maddənin istehlak səviyyəsi yüksək olub.

Amfetamin daha çox Belçika, Hollandiya və Şimali Avropa ölkələrinə (xüsusən də İsveç və İslandiyada) əsas təhlükə mənbəyidir. Hollandiyada ekstazinin ən yüksək səviyyəsi yeddi illik tədqiqatlar zamanı qeydə alınıb, hərçənd digər ölkələrin paytaxtlarında da yüksək səviyyə qeydə alınıb: məsələn, Helsinki, Oslo, Brüssel və Barselonada.

Bütövlükdə Avropada narkotikləşmənin ən yüksək səviyyəsi Antverpen, Amsterdam, Sürix, London və Barselona, ​​ən aşağısı isə Yunanıstan, Portuqaliya, Finlandiya, Polşa İsveçin şəhərlərindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*