Karantin pozaraq futbol oynayanlar cərimələndibackend

Karantin pozaraq futbol oynayanlar cərimələndi

Masallıda karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələnib.

KONKRET.az-ın DİN-ə istinadən məlumatına görə, epidemiya əleyhinə rejimin qaydalarını pozan 7 nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb.

Həmin şəxslər polis şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*