Karantini pozan 17 velosipedçi cərimələndi – FOTObackend

Karantini pozan 17 velosipedçi cərimələndi - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Reyddə qaydalara əməl etməyən 17 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*