backend

Karantini pozan sərxoş sürücü maşını polisin üstünə sürdü - BAKIDA

Ötən gün Bakının Suraxanı rayonunda hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik hadisəsi qeydə alınıb.

Xüsusi karantin rejimi qaydalarını pozan sərxoş sürücü avtomobili polis əməkdaşının üstünə sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə aprelin 19-da, saat 04:00 radələrində Ramana qəsəbəsində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları karantinlə əlaqədar qurulan postda “Opel” markalı avtomobili saxlamağa çalışıblar. Lakin sürücü onların tələblərinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili Post-Patrul Xidmətinin əməkdaşı Nurlan Müzəffərlinin (1997-ci il təvəllüdlü) üstünə sürüb. Nəticədə, xəsarət alan asayiş keşikçisi Daxili İşlər Nazirliyinin xəstəxanasına yerləşdirilib.

Polislər qanunu pozan Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Sahir Nəsibovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*