“Kasıb insanların pulunu kəsiblər, qardaşının şirkəti ilə qotur danaları…” – Deputatdan NAZİRƏ SƏRT TƏNQİDbackend

"Kasıb insanların pulunu kəsiblər, qardaşının şirkəti ilə qotur danaları..." - Deputatdan NAZİRƏ SƏRT TƏNQİD

“Nə qədər adamın ünvanlı sosial yardımı kəsilib. Bu sıraya əlillər də daxildir. Onların pulu niyə kəsilməlidir ki? Dövlət bu istiqamətə pul ayırıbsa, həmin insanlara vermək lazımdır”.

KONKRET.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin iclasında səsləndirib.

Bildirib ki, ötən gün yutubda bu məsələylə bağlı video izləyib:

“İkinci qrup əlilin müavinətini neçə ildən sonra kəsiblər. Həmin şəxs dövlət başçısına, birinci vitse-prezidentə müraciət edir. Bu məsələdə qənaət etmək lazım deyil.

Qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Qənaəti orada etmək lazım idi. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. Bu məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi.

Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaitə belə qənəat etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.

  • Rəvan
    İyun 19, 2020 - 12:52

    Mənim də 4 az yaşlı uşağım var sosial yardım almıram Ailəmiz 6 nəfərdən ibarətdi Aylıd gəlirmiz 254 manatdır deyilər ailənin 1 hektar torpağı var torpağa çıxarış almalısan bunada ən azı 800 manat lazımdı mənimdə pulum yoxdı biz neynəyək

  • Behruz
    İyun 19, 2020 - 16:01

    Menimde elliliklerden derecemi levğv edin,iki ildir sistemi bloklayıblar tekrar qeysiyyata düşmek olmur.Amma öz şirketleri ile menzil Tikib nazirliye satırlar,qotur sabaları vermeyede 500 manaya alırlar

  • Ceyhun
    İyun 20, 2020 - 23:16

    Iki usagim var , ne yoldasim , ne men isimiz yoxdu , ata ve ana evde pensiya alir deye bize 190 m verilmedi , daha dogrusu sebebin demediler , prosto yazdilar ki dusmur

  • Elcin
    İyun 21, 2020 - 16:47

    Allah belasini versin bunlarin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*