Forza İtaliya partiyasının lideri, keçmiş baş nazir Silvio Berluskoni Senata keçirilən seçkilərdə özünün birmandatlı dairəsində qalib gəlir.
KONKRET.az “ANSA”ya istinadən xəbər verir ki, o, 49,5% səs toplayaraq ən yaxın rəqibini 20%-dən çox qabaqlayır.
Qeyd edək ki, Berluskoni Montsada namizədliyini irəli sürüb.
İlkin hesablamalara görə, İtaliyada keçirilən parlament seçkilərində sağ mərkəzçi koalisiya qalib gəlir.
İqbal Rzayev,
KONKRET.az
