Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları – ŞOK DETALLAR bilindibackend

Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları - ŞOK DETALLAR bilindi

Ukraynanın sabiq müdafiə naziri Mihayıl Fedorovun istefasından sonra yaranan siyasi gərginlik fonunda onun gələcək planları müzakirə obyektinə çevrilib.

KONKRET.az xəbər verir ki, Britaniyanın nüfuzlu “The Times” nəşri yazıb ki, 35 yaşlı siyasətçinin hərəkətləri faktiki olaraq gələcək prezident seçkilərinə hesablanmış təşviqat kampaniyasını xatırladır.

Nəşrə istinadən bildirilir ki, Fedorovun vəzifədən uzaqlaşdırılması Vladimir Zelenskinin hakimiyyəti üçün ciddi siyasi risklər yaradıb. Ukraynalı ekspertlər və hakimiyyət dairələrindəki mənbələr bu gedişi keçmiş baş Qərargah rəisi Valeri Zalujninin istefasından sonra yaranan vəziyyətlə müqayisə edirlər. Qeyd olunur ki, kütləvi etirazlar fonunda sabiq nazirin ətrafında formalaşan dəstək dalğası onun gələcəkdə güclü siyasi rəqib kimi meydana çıxacağından xəbər verir.

Xatırladaq ki, M. Fedorovun istefasına səbəb kimi onun Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sырski ilə uzunmüddətli fikir ayrılıqları göstərilib.

Bu qərardan sonra ölkənin bir çox şəhərlərində minlərlə insanın katiblik dəyişikliyinə və nazirin gedişinə qarşı etiraz aksiyaları keçirildiyi bildirilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*