Prezident Xovenel Mose və həyat yoldaşının sui-qəsd nəticəsində həyatını itirməsindən sonra Haitidə vəziyyət gərgin olaraq qalır.
KONKRET.az Ölkə.Az-a istinadla xəbər verir ki, paytaxt dünən gecə Port-o-Prinsdə silah səsləri gəlib, ən azı iki həbsxanada məhkumların üsyanı başlayıb və qaçış üçün cəhdlər olub.
Hökumət yetkililəri digər sui-qəsdçilərin axtarışlarını davam etdirir və əmri kimdən aldıqlarına dair hər hansi bilgi əldə olunmayıb.
Haitidə kütləvi həbslərin davam etdiyi fonunda iki kolumbiyalı şübhəlinin görüntüləri gündəm yaradıb. Belə ki, lentə alınan videoda onların kəndirə bağlamış şəkildə küçələrdə sürüdülərək aparıldığı, birinin isə qan içində olduğu əks olunub.
Səlahiyyətli şəxslər hücumun peşəkr silahlı qrupun təşkil etdiyini söyləyir.
&;
