Kennedi: “ABŞ-da inqilab olacaq”backend

Kennedi: "ABŞ-da inqilab olacaq"

“ABŞ-da inqilab başlayacaq”.

KONKRET.az xəbər verir ki, bunu prezident seçkilərində müstəqil namizəd kimi irəli sürülən kiçik Robert Kennedi proqnozlaşdırıb.

“Bu ölkədə inqilab olacaq. İdealizmə əsaslanan, yoxsa qaranlıq, mürtəce qüvvələrin inqilabı, bax əsas sual budur. Seçim bizimdir”, – o, X səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden iyulun 21-də Kamala Harrisin Demokratlar Partiyasının namizədi kimi irəli sürülməsini dəstəkləyərək yenidən dövlət başçısı seçilməkdə iştirak etməyəcəyini açıqlayıb. Eyni zamanda, o, yaxın günlərdə mesaj verəcəyini və namizədliyinin irəli sürülməməsinin səbəblərini açıqlayacağını vəd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*