Kibermüharibə yeni səviyyəyə çatıb: Çin kəşfiyyatı məxfi məlumatların qorunmasında pozuntular aşkar edibbackend

Kibermüharibə yeni səviyyəyə çatıb: Çin kəşfiyyatı məxfi məlumatların qorunmasında pozuntular aşkar edib

Çinin Dövlət Təhlükəsizliyi Naziri Çen Yisin süni intellekti dövlətlər arasında strateji rəqabətin yeni bir sahəsi adlandırıb.

KONKRET.az xəbər verir ki, Pekində keçirilən Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən kəşfiyyat rəisi hökumət məlumatları, kommersiya sirləri və vətəndaşların məxfiliyi kimi spesifik problemlərə diqqət çəkib.

Çenin sözlərinə görə, bu aktivlər xarici hökumətlər və kibercinayətkarlar tərəfindən hədəfə alınır. Təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün Pekin süni intellekt üzərində nəzarəti gücləndirməyə və öz texniki standartlarını yaratmağı əsas məqsəd hesab edir. Bu, Çinə sənayenin inkişafına mane olmadan texnoloji suverenliyini qorumağa imkan verəcək.

Çinin Kiberməkan Administrasiyası əvvəllər neyron şəbəkələrinin məsuliyyətli şəkildə yerləşdirilməsi üçün təlimatlar dərc etmişdi. İndi isə diqqət ümumi etikadan milli maraqların qorunmasına və Çinin texnoloji rəqabətdə mövqeyini qoruyub saxlamasına imkan verəcək vasitələrin yaradılmasına yönəlib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*