Kılıç: “ABŞ-la F-16 döyüş təyyarələri ilə bağlı razılaşma bu il olacaq”backend

Kılıç: "ABŞ-la F-16 döyüş təyyarələri ilə bağlı razılaşma bu il olacaq"

“Ümid edirəm ki, ABŞ-la F-16 döyüş təyyarələri ilə bağlı razılaşma bu il olacaq və bunun üçün heç bir ilkin şərt olmayacaq”.

KONKRET.az əxəb verir ki, bu sözləri Prezident Ərdoğanın yeni sözçüsü Çağatay Kılıç deyib.

“Biz bu mövzunu İsveçin Şimali Atlantika Alyansına daxil olması ilə əlaqələndirmək istəmirik. Biz hesab edirik ki, Stokholm bütün şərtləri yerinə yetirmir. İyunun 14-də Ankarada görüş olacaq. Doğrudur, İsveç bir il əvvəllə müqayisədə üzvlüyə daha yaxındır. İsveç NATO-ya üzv olduqdan sonra da belə görüşlər davam edəcək”, – deyə Kılıç vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*