Şimali Koreya lideri Kim Çen Inın qızı Çju Ae atasını əvəz etməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya kəşfiyyatına istinadən xəbər verir.
Cənubi Koreyanın milli kəşfiyyat agentliyinin hesabatına görə, Şimali Koreya səlahiyyətliləri Çju Aenin atasının ehtimal varisi olacağına eyham vurur və onun “xarici dünya ilə təmaslarının tezliyini” və eləcə də ictimai olmayan fəaliyyətini tənzimləyir.
O, atasını əsasən hərbi tədbirlərdə müşayiət edirdi. Kəşfiyyat KXDR liderinin varisinin dəyişə biləcəyini də istisna etmir.
Cənubi Koreya səlahiyyətliləri Kim Çen Inın çəkisinin 140 kq-a çatdığını və kəskin piylənmə olduğunu, bədən kütləsi indeksinin təxminən 40, standart 25-dən xeyli yüksək olduğunu və onun ürək-damar xəstəlikləri üçün yüksək risk altında olduğunu bildirir.
“Təqribən 30 yaşında onda yüksək təzyiq və şəkər xəstəliyinin əlamətləri aşkar edilib. Səhhəti yaxşılaşmasa, onda ürək-damar xəstəliyi yarana bilər. Təkcə mövcud dərmanlarla müalicəsi onun üçün arzuolunmaz hallar yarada bilər”, – məlumatda deyilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az