Kişi qadını döydü – Kənardakılar dayanıb sadəcə baxdı – VİDEObackend

Kişi qadını döydü – Kənardakılar dayanıb sadəcə baxdı – VİDEO

Parkda bir kişinin qadını yerə yıxaraq döyməsini ətrafda dayanan insanlar sadəcə izləməklə kifayətləniblər.

KONKRET.AZ xəbər verir ki, hadisə Antalyada baş verib.

Yayılmış görüntülərdə adları məlum olmayan bir kişiylə bir qadın parkda gəzərkən mübahisə etməyə başlayıb. Mübahisənin böyüməsindən sonra kişi qadını dalbadal vurub. Qadın aldığı zərbələrdən yerə yıxılıb, ancaq kişi bundan sonra da onu döyməyə, saçlarından tutub vurmağa davam edib. Uzun müddət şiddətə məruz qalan qadın zərbələrə dözməyərək qışqırıb. Həmin an parkda olan insanlar baş verənlərə müdaxilə etməyib, kişinin qadını döyməsini seyr ediblər. Hadisə yerinə gələn polis qadınla kişini bölməyə aparıb.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*