Kişinyovda hakimiyyətin istefası tələbi ilə aksiya keçirildibackend

Kişinyovda hakimiyyətin istefası tələbi ilə aksiya keçirildi

Moldovanın paytaxtı Kişinyovun mərkəzində növbəti etiraz aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Aksiyada müxalif “Şor” partiyasının tərəfdarları Moldova rəhbərliyinin istefasını tələb ediblər.

Yüzə yaxın etirazçı ölkə parlamentinin binası qarşısındakı parkda çadır qurub.

Nümayişçilər qazın, digər enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artımına qarşı etiraz edib.

Etirazçılar həmçinin həyat səviyyəsinin aşağı düşməsindən, yüksək inflyasiyadan və hakimiyyətin ölkədəki böhranın öhdəsindən gələ bilməməsindən şikayət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*