Kiyevə son hücumla bağlı MƏXFİ SƏNƏDLƏR: Rus pilot Ukraynaya gizli məlumatlar ötürdübackend

Kiyevə son hücumla bağlı MƏXFİ SƏNƏDLƏR: Rus pilot Ukraynaya gizli məlumatlar ötürdü

Kiyevdəki Oxmadet uşaq xəstəxanasına raket hücumunda iştirak edən 22-ci Ağır Bombardmançı Aviasiya Diviziyasının zabitləri haqqında məxfi məlumatlar Ukraynaya ötürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Dialoq” nəşri yazır.

Bildirilir ki, məxfi məlumatları Rusiya hərbçilərinin tərkibində hücumda iştirak edən pilot ötürüb.

“Rusiyanın Kiyevin mərkəzindəki uşaq xəstəxanasını vurmasından sonra Rusiya Aerokosmik Qüvvələrinin 22-ci aviasiya diviziyasının pilotlarından biri Ukrayna Baş Kəşfiyyat İdarəsinin chatbot-u ilə əlaqə saxlayıb. Bildirilir ki, rusiyalı hərbçi öz hərbi hissəsindən yüksək rütbəli zabitlərin şəxsi işlərini, hərbi qulluqçuların və onların ailə üzvlərinin şəxsi məlumatlarını, habelə aviasiya bölməsinin məxfi sənədlərini Ukraynaya təhvil verib. O, həmçinin uşaq xəstəxanasına edilən hücumdan şoka düşdüyünü dilə gətirib və bir neçə həmkarı kimi onların Ukraynanın mülki infrastrukturuna hücum etməyə niyə məcbur edildiyini anlamayıb”, – deyə nəşr pilotdan sitat gətirir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*