Koçaryan: “İnsanlarımızın bir hissəsi kredit borcu və cərimələrlə yaşayır, bir hissəsinə isə cinayət işi açılıb”backend

Koçaryan: “İnsanlarımızın bir hissəsi kredit borcu və cərimələrlə yaşayır, bir hissəsinə isə cinayət işi açılıb”

“Türkiyə ilə sərhədin tezliklə açılması Ermənistanda kənd təsərrüfatının inkişafına ciddi əngəl törədəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan bildirib. Onun sözlərinə görə, “Sərhədlərin bağlı olduğunun yaxşı olduğunu deyə bilmərik və qapalı sərhədlər üçün kampaniya aparmaq normal deyil. Ancaq bir şey aydındır: bu gün Türkiyə ilə sərhədin açılması kənd təsərrüfatımıza böyük bir zərbə vuracaq, çünki Türkiyə Ermənistan üçün güclü rəqib olacaq. Türkiyənin kənd təsərrüfatı daha inkişaf etmiş vəziyyətdədir, həcmcə daha böyükdür və Türkiyə hökuməti bu sahəyə daha çox subsidiya verir”.

Onun sözlərinə görə, bu, “Əgər sərhəd indi açılsa, onda Ararat vadisindəki əkinçilərimizin vəziyyəti sadəcə dəhşətli olacaq. Məhsulları qiymət rəqabətli olmayacaq. Sərhədi açmazdan əvvəl Ermənistanda ən azı bir neçə il kənd təsərrüfatının səviyyəsini qaldırmaq, dotasiya səviyyəsini Türkiyədəki səviyyəyə çatdırmaq, bazarımızı müxtəlif vergilərlə qorumaq lazımdır, bundan sonra sərhədlərin açılması haqqında düşünmək olar.

Ümumiyyətlə, insanlarımızın bir hissəsi kredit borcu ilə yaşayır, bir hissəsi cərimələrlə, bir hissəsinə isə cinayət işi açılıb.

İnsanlar sarsılıb, hər yerdə ədalətsilik var. Buna görə də bu məsələləri həll etmədən Türkiyə ilə sərbəst ticarətdən, sərhədlərin açılmasından danışmağa haqqımız yoxdur”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*