“Koçaryanlar, Sarkisyanlar, Zori Balayanlar məsuliyyətdən qaça bilməyəcəklər” – ÖZƏLbackend

"Koçaryanlar, Sarkisyanlar, Zori Balayanlar məsuliyyətdən qaça bilməyəcəklər" - ÖZƏL

“Biz Azərbaycan qanunlarını ölkə ərazisində bərpa ediriksə, o zaman bu qaydaların tələblərindən irəli gələn addımları da atacağıq. Ona görə də, həm Robert Koçaryan, həm Serj Sarkisyan, həm Seyran Ohanyan, həm Arayik Arutyunyan, eləcə də Azərbaycan xalqına qarşı qəddarlıq törədən digərləri cinayət məsuliyyətinə cəlb olunmalıdır”

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Onun sözlərinə görə, Azərbaycan Laçın dəhlizində post qurduqdan sonra öz suveren hüquqlarını bərpa edib və nəzarəti bütünlüklə ələ alıb: “Bu, bizim hüququmuzdur. Ona görə də, baş verən proseslərin hamısını diqqətdə saxlamalı, qeyri-qanuni işlərin qarşısını istənilən vasitələrlə almalıyıq. Amma bu gün Qarabağda erməni cinayətkarların sayı çoxdur. Biz Azərbaycan qanunlarını ölkə ərazisində bərpa ediriksə, o zaman bu qaydaların tələblərindən irəli gələn addımları da atacağıq. Buna tam ixtiyarımız çatır. Təbii ki, proseslərin arxasında çox böyük cinayət tərkibli işlər dayanır. Burada həm Robert Koçaryan, həm Serj Sarkisyan, həm Seyran Ohanyan, həm Arayik Arutyunyan, eləcə də Azərbaycan xalqına qarşı qəddarlıq törədən digərləri cinayət məsuliyyətinə cəlb olunmalıdır. Biz bu prosesdə gecikməmişik. Sadəcə geosiyasi vəziyyəti nəzərə alaraq addımlar atmalıyıq”.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki  sahil"

Politoloq İkinci Dünya Müharibəsindən sonra Nürnberq şəhərində keçirilən məhkəmə prosesini xatırladıb və bütün cinayətkarların orada toplandığını diqqətə çatdırıb: “Koçaryanlar, Sarkisyanlar, Zori Balayanlar elə düşünməsinlər ki, məsuliyyətdən yaxa qurtara biləcəklər. Bu, mümkün olmayacaq. Çünki onların törətdiyi əməllərin miqyası ölçüyə gəlməz dərəcədə böyükdür. Onlar bizim əlimizə keçən kimi hamısını məsuliyyətə cəlb edəcəyik. Ədalət tam şəkildə bərpa olunmalıdır. Təbii ki, Azərbaycanın hüquq mühafizə orqanları bu proseslərin təfərrüatlarını öyrəniblər. Hazırda ermənilərin törətdiyi cinayətlərin ətraflı araşdırılması istiqamətində iş gedir. Ermənilərin heç bir xüsusi toxunulmazlığı yoxdur. İndi Koçaryan, Sarkisyan, Arutyunyan və digərləri sadə vətəndaşlardır. Biz onları mütləq şəkildə təqib və cinayət məsuliyyətinə cəlb edəcəyik. Bu, bizim milli qeyrətimizin təzahürünü canlandıra biləcək bir işdir. Ona görə də, sözügedən proseslərdə dəqiq və tədbirli olmalıyıq”.

“Erməni separatçılarının özlərini şişirtməyi kənardan çox gülünc görünür”

Mövzu ilə bağlı saytımıza açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Arutyunyan Azərbaycan üçün heç bir ciddiyəti olmayan fiqurdur: “Onun kimliyi heç kimə maraqlı deyil. Çünki Arayik heç vaxt heç nəyi həll etməyib, bundan sonra da belə olacaq. Erməni separatçılarının özlərini şişirtməyi kənardan çox gülünc görünür. Onlar müəyyən bəyanatlar səsləndirirlər və dünya ictimaiyyətinə müraciət edirlər. Lakin qeyd etdiyim kimi bütün bunlar absurddur. Çünki separatçıları heç kim dinləmir və ciddiyə almır. Azərbaycan lazım olan vaxtda Ruben Vardanyanın və Arayik Arutyunyanın qulağından dartaraq onları Bakı həbsxanasına gətirə bilər. Amma indi daha vacib və təxirəsalınmaz işlər var. Odur ki, vaxtı bu cür şəxslərə görə israf etməyə ehtiyac yoxdur”.

Zaur Məmmədov: “Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Biz beynəlxalq  institutları qapı - qapı gəzmirik” | İnter Press

Politoloq Azərbaycan hökumətinin bu şəxslərə qarşı cinayət işi açdığını deyib: “Lazım olan vaxt bu şəxslər öz cəzasını çəkəcəklər. Belə bir qondarma liderlərin yarıtmaz siyasəti və səriştəsiz fəaliyyətindən Azərbaycan özü qazanır. Onların siyasəti Azərbaycanı rasional addımlar atmağa sövq edir. Nəyi necə etməyimizi və qalibiyyətə doğru addımlar atmağımızı asanlaşdırır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*