Köçəryanın ofis rəhbəri: “Vətəndaşlar Alen Simonyandan həyasız statuslar deyil, təhlükəsizlik sistemində koordinasiya gözləyir”backend

Köçəryanın ofis rəhbəri: "Vətəndaşlar Alen Simonyandan həyasız statuslar deyil, təhlükəsizlik sistemində koordinasiya gözləyir”

Ermənistan vətəndaşları Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyandan “həyasız statuslar” yazmağı deyil, təhlükəsizlik sistemində koordinasiya gözləyirlər.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan Yerevan.Today-a açıqlamasında bildirib.

Mikoyan bu fikirləri Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi, Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyanın sosial şəbəkədə paylaşdığı son statusunu şərh edərkən səsləndirib.

Simonyan paylaşımında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın adını da çəkərək müxalifəti “tapdalamaqla” hədələyib.

Köçəryanın ofisinin rəhbəri isə Simonyanın bu cür açıqlamalarını sərt şəkildə tənqid edib və onun əsas vəzifəsinin ölkənin təhlükəsizlik sisteminin koordinasiyasını təmin etmək olduğunu vurğulayıb.

Ağagül Mürsəlov
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*