Komandir hazırlığı sistemində məşğələlər keçirildi – VİDEObackend

Komandir hazırlığı sistemində məşğələlər keçirildi - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin nəzəri biliklərinin möhkəmləndirilməsinə, bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında özünəinam hissinin aşılanmasına yönəldilib.

Toplantının 3-cü günündə hərbi hissələrin komandirlərinin və digər vəzifəli şəxslərinin cəlb edilməsi ilə “Müdafiənin təşkilində mövcud problemlər və onların aradan qaldırılması” mövzusunda konfrans keçirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*