“Kompaniya” və “kampaniya” sözlərinin fərqini bilməyən Əli Həsənovun vicdanıbackend

“Kompaniya” və “kampaniya” sözlərinin fərqini bilməyən Əli Həsənovun vicdanı

AZƏRBAYCANCA DANIŞ!

“İLK ÖNCƏ SÖZ”, yaxud Alimliyin zirvə dərinliyi

Azərbaycan dilinin vəziyyəti ictimaiyyətə məlumdur: o, böhranlıdır. Sadəcə, insanlar böhranın dərəcəsi və …təqsirkarı haqqında fikirlərində fərqlənirlər.

Son illər mətbuatda, televiziyada ana dilinin bəlaları barədə çox danışılıb. Dilçilərin, elmlər akademiyası dilçilik institutunun, ziyalı güman edilən şübhəli alimlərin bu vəziyyətə biganəliyi neçə-neçə tənqidin hədəfidir. Akademiya və onun institutu isə öz qansız soyuqqanlığını saxladı. Arxayın idilər: Vətən, millət itirirlərsə də, axırda dilçilər qazanacaqlar. Məhz belə oldu. Yeni orfoqrafiya lüğətinin hazırlanması dilin nəzəri və əməli məsələlərindən alimlik səviyyəsində baş çıxarmayanlara həvalə edildi.

Budur, Dövlət dil komissiyası (DDK) və elmlər akademiyası adlı qeyri-elmi qurumun Nəsimi adına dilçilik institutu əsrin əvvəllərində ölkənin çətin iqtisadi vəziyyətində mühüm iş görüb – Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanması və nəşri üçün ayrılan vəsaiti xərcləyərək qurtarıb. 728 səhifəli kitabın rəngi, kağızının keyfiyyəti, nəşriyyatın “erməni söz birləşməsi”ni xatırladan adı (“Lider nəşriyyat”) və sair xoşagəlməz, yaxud mübahisəli məsələləri kənara ataq. Bu gün heç lüğətin tərtibinin qüsurlu əsaslarını, söz tərkibini də müzakirə etməyək. Öndə kitabın “Ön sözü” durub.

¨   ¨   ¨

 A.ƏZİZ: Bu məqalə 16 il bundan əvvəl yazılıb. Tənqid diqqəti dilçilik və bilavasitə dil bəlalarına yönəltməli idi. Lakin Əli Həsənovun əyri əlinə baxan piylənmiş redaktorun dərc etməyə cürəti çatmadı – kimsə kiminsə qohumu olduğuna görə dəyənəyin bir ucu onun təpəsinə dəyə bilərdi.

Arxayın ol, millət, həmin redaktorun yoğun boynunun üstündə duran təpəsi salamatdır. Sənin dilin və bəlalı dilçiliyin isə – yox.

Güman edirəm, indi təqdim etsəydim, məqalə dərc olunardı. Amma bəzi obyektiv səbəbdən bundan imtina etdim. Qoy hər şeyin günahı söz azadlığından köpüklü ağızla danışan, özünü savadlı media meneceri sayan, amma “kompaniya” və “kampaniya” sözlərinin fərqini bilməyən Əli Həsənovun vicdanını gəmirsin.

Əlbəttə, dilimizin təmizliyi naminə bundan sonra da şirin və acı sözümüzü deyəcəyik. Bu yazının rubrikası isə özüm üçün də gözlənilmədən dəyişdi:

VİCDANLA YAŞA!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*