Kondisionerin sərinliyi altında yatma risklidirbackend

Kondisionerin sərinliyi altında yatma risklidir

Yayın nəfəskəsən istisində sərinləməyə çalışarkən sağlamlığınızı itirə bilərsiniz.

KONKRET.az xəbər verir ki, kondisionerlərdən düzgün istifadə etmədikdə bel, boyun,və əzələ ağrılarınız ola bilər. Hətta infeksiya və allergiyadan tutmuş soyuqdəyməyə kimi ciddi problemlərlə də qarşılaşma ehtimalınız böyükdür.

Mütəxəssislərin fikrincə, yatarkən kondisioneri mütləq söndürmək lazımdır. Çünki uzun müddət eyni yerə yönələn soyuq hava axınının fərqinə varmırıq. Lakin bütün gecə soyuq havaya məruz qalan boyun əzələlərində əmələ gələn spazm səhər boynu hərəkət etdirə bilməməyimizə səbəb olur. Elə buna görə yatarkən kondisioneri ya tamamilə söndürülməli, ya da bütün bədəni örtmək üçün nazik ədyaldan istifadə olunmalıdır.

Həmçinin, kondisioner tənzimlənməlidir. “Daxili və xarici temperatur çox yaxşı balanslaşdırılmalıdır. Məsələn, çöldə temperatur 40 dərəcədirsə, kondisioner 25 dərəcədə işlədilməlidir”.

Onun sözlərinə görə, miqren tipli baş ağrısından əziyyət çəkənlər üçün kondisioner daha təhlükəlidir. Bu, təkrarlanan boyun spazmanı və miqren ağrılarını daha da artıra bilər.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*