Konqoda üsyançıların hücumu nəticəsində 15 mülki şəxs HƏLAK  OLDUbackend

Konqoda üsyançıların hücumu nəticəsində 15 mülki şəxs HƏLAK OLDU

Konqo Demokratik Respublikasında Demokratik Alyans Qüvvələri (ADF) adlı üsyançı qrup Beni şəhərinin Bulonqo bölgəsində mülki şəxslərə hücum edib.

KONKRET.az xəbər verir ki, hücumda ADF üzvləri bölgədə bir çox ev və avtomobili yandırıb.

Hadisə nəticəsində 15 mülki vətəndaş öldürülüb.

Bildirilir ki, ölkənin şərqində təhlükəsizlik qüvvələri ilə üsyançı qruplar arasında baş verən toqquşmalarda son 10 gündə 72 min insan evini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, 2014-cü ildən bəri ölkənin şərqində fəaliyyət göstərən üsyançı qrupun  hücumlarında minlərlə mülki şəxs ölüb.

Konqo Demokratik Respublikasının şərqi 20 ildir qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*