Koronavirus əleyhinə peyvənd ilk dəfə uşaqlar üzərində sınanacaqbackend

Koronavirus əleyhinə peyvənd ilk dəfə uşaqlar üzərində sınanacaq

Britaniya-İsveç şirkəti olan “AstraZeneca” və Oksford Universitetinin birgə hazırladığı koronavirusa qarşı peyvənd ilk dəfə 6-17 yaş arası uşaqlar üzərində sınaqdan keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Sınaqların preparatın effektivliyini təyin etməyə kömək edəcəyi qeyd olunur.

Təcrübədə 300 könüllü iştirak edəcək. İlk peyvəndlərin artıq fevral ayında vurulacağı ehtimal olunur.

Qeyd edək ki, AZD1222 peyvəndi “AstraZeneca” mütəxəssisləri ilə Oksford Universitetinin alimləri tərəfindən birlikdə hazırlanıb. O, vektor aşısıdır, yəni tərkibində zəifləmiş, zərərsiz virus və COVID-19 geni var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*