Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu – İnanırın mirasına nələr daxildir?backend

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

Türkiyəli aktyor Kadir İnanırın vəsiyyətindən qaynaqlanan miras mübahisəsi getdikcə böyüyür.

KONKRET.az xəbər verir ki, 2015 və 2022-ci illərdə hazırladığı iddia edilən üç vəsiyyətnamənin bu gün Beykoz Məhkəməsində açılması gözlənilirdi.

Lakin bəzi varislərə lazımi bildirişlərin çatdırılmaması səbəbindən məhkəmə iclası 17 dekabr 2026-cı ilə təxirə salınıb. Mərhum aktyorun 28 qanuni varisi var.

İddialara görə, İnanır bütün mirasını 27 il qeyri-rəsmi yaşadığı Jülidə Kurala buraxıb. Kural bu qərara hörmətlə yanaşmaq lazım olduğunu desə də, aktyorun qardaşı oğlu Levent İnanır “Əmimin iradə problemi var idi” söyləyərək vəsiyyətnamələr hazırlanarkən onun bəzi problemləri olduğunu iddia edib.

Kadir İnanırın mirasına təkcə daşınmaz əmlak və bank hesabları deyil, həm də illər ərzində topladığı şəxsi kolleksiyalar daxildir. Təxminən 25 Rolex saatından əlavə, aktyorun kolleksiyasında əsasən S.T. Dupont, Cartier, Dunhill və Zippo kimi brendlərin qızıl örtüklü alışqanları, eləcə də xüsusi nişanlar həkk olunmuş üzüklər də var. Qurbağalara marağı ilə tanınan İnanırın kolleksiyasında dünyanın müxtəlif ölkələrindən toplanmış təxminən 3000 qurbağa fiquru da yer alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*