Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldıbackend

Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə sentyabrın 17-si axşam saatlarında rayonun Gözbarax kəndində qeydə alınıb.

Kənd sakini, iki övlad atası, 52 yaşlı Sərdar Şaban oğlu İsgəndərovun meyiti yaşadığı evin həyətyanı sahəsində ailə üzvləri tərəfindən aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*