Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldıbackend

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif “Güclü Ermənistan” partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəməyəqədər məhdudlaşdırıcı tədbirlə bağlı iclas yeddi saatdan çox davam edib.

Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun sahibi olan Samvel Karapetyan 2025-ci ilin iyunundan bəri həbsdədir. O, konstitusiya quruluşunu devirməyə çağırış və iqtisadi cinayətlərdə ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*