Qaz, işıq, su tarifləri ilə bağlı yeni vəziyyət – İlin sonunadək…backend

Qaz, işıq, su tarifləri ilə bağlı yeni vəziyyət – İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər.

İnternetin qiyməti niyə birdən-birə 7 manat artırılır? Bu, abonent üçün daha keyfiyyətli internet deməkdir, yoxsa sadəcə daha çox ödəniş? Digər tariflri də eyni abiqət gözləyirmi? Kommunal sahədə də ilin sonunadək artım olacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, internet qiymətlərinin artımı kifayət qədər qəribə və qaranlıq qalan məsələdir:

“Bu sahədə onlarla provayder fəaliyyət göstərir. Əgər qiymət artımı kartel sövdələşməsinin nəticəsidirsə, bu, qanun pozuntusudur. Çünki müxtəlif provayderlər eyni vaxtda qiymətləri qaldıra bilməz. Özəl sektorun və çoxsaylı provayderlərin fəaliyyət göstərdiyi bir sahədə onların hansı əsasla və necə razılaşaraq qiymətləri qaldırması aydın deyil. Bu, hətta antiinhisar qanunvericiliyinin pozuntusu sayıla bilər”.

İqtisadçı bildirib ki, bununla bağlı rəsmi açıqlama verilməli və qiymət artımının səbəbləri izah olunmalıdır:

“Hazırda əsaslandırma kimi xidmət keyfiyyətinin artırılması göstərilir. Lakin vətəndaşdan da soruşmaq lazımdır, bəlkə onu əvvəlki qiymət və xidmət keyfiyyəti qane edirdi? Bu halda qiymət və keyfiyyətin artırılmasına nə ehtiyac var? Açığı, bu, vətəndaşlar üçün o qədər də müsbət qarşılanan addım deyil.

Kommunal xidmətlərə gəldikdə isə burada vəziyyət fərqlidir. Belə ki, bu sahədə qiymətlər rəsmi qərarla artırılır. Bunu Nazirlər Kabineti yanında Tarif Şurası edir. İndi onlar istənilən vaxt yığışaraq belə bir qərar verə bilərlər. Amma bunun ilin sonunadək qəbul ediləcəyini indidən söyləmək çətindir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*