KORONAVİRUS İNFEKSİYASINA qarşı hamı səfərbər olmalıdırbackend

KORONAVİRUS İNFEKSİYASINA qarşı hamı səfərbər olmalıdır

Nurəddin Mehdiyev: Epidemiyanın qarşısının alınması üçün əhali təşəbbüskar olmalıdır.

Nurəddin Mehdiyev

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev koronavirus infeksiyasına qarşı ölkəmizdə aparılan işlər və mövcud vəziyyət barədə öz münasibətini bildirdi.

Koronavirus infeksiyasına qarşı karantin rejiminin ikinci həftəsi tamamlanır. Hansı nəticələr əldə olundu? Ötən iki həftə ərzində yoluxma səviyyəsində müəyyən stabilləşmə müşahidə olunsa da , hələ də mövcud vəziyyət narahatlıq doğurmaqda davam edir. Çünki yoluxma səviyyəsi yüksək olaraq qalır. Amma bu təkcə bizim ölkəyə xas deyil, karantin rejimi yumşaldılan bütün ölkələrdə infeksiyanın yenidən yayılması izlənilir. Ona görə də hazırda təbii olaraq əksər ölkələr yenidən karantin rejiminin yenidən sərtləşdirirlər.

Azərbaycanda pandemiyanın qarşısını almaq məqsədi ilə ölkə Prezidentinin tapşırığı və birbaşa rəhbərliyi ilə mühüm işlər görülmüşdür. Tədbirlər planı hazırlanaraq icrasına başlanmış, əhalini sağlamlığının, əhalinin sosial vəziyyətinin və biznesin aktivliyinin qorunması istiqamətində təxirəsalınmaz işlər görülmüşdür. Ölkəyə yeni tibb avadanlıqları gətirilmiş, dərman vasitələri, maska və dezinfeksiya məhsulları ilə təminat həyata keçirilmişdir. Qısa müddət ərzində modul tipli xəstəxanalar tikilib istifadəyə verilmişdir. Görülən tədbirlər qısa müddətdə öz nəticəsini vermişdir.

Mayın əvvəlində karantin rejiminin yumşaldılması nəticəsində təəssüf ki, yoluxma səviyyəsində artım müşahidə edildi. Əhalinin karantin rejiminin tələblərinə zəif riayət etməsi yoluxma səviyyəsinin artmasına səbəb olmuşdur. Hazırda davamlı tədbirlərin nəticəsi olaraq yoluxma səviyyəsinin daha da kəskinləşməsinin qarşısı alınır. Koronavirus infeksiyasına qarşı effektiv mübarizə aparmaq üçün hamı səfərbər olmalıdır. Çünki bu problem ümumxalq problemidir. bunun üçün yalnız 3 sadə məhdudiyyətə əməl edilməsi tələb edilir: məsafə, maska, sanitar qaydalara riayət etmək. Lakin görünən odur ki, bir çox hallarda vətəndaşlar məhdudlaşdırıcı tədbirlərə əməl etmir, karantin rejiminin qaydalarını pozurlar. Halbuki hər bir vətəndaş məsuliyyətli davranmalı və bu mübarizə qoşulmalıdır. infeksiya qaydalarına riayət üzərində yalnız dövlət tərəfindən nəzarət kifayət deyildir, burada vətəndaşların nəzarəti, ictimai qınağı mütləqdir.

Ekspertlərin fikrincə, istənilən epidemiyanın qarşısının alınması üçün onun lokallaşdırlması və izolyasiya olunması, hər bir xəstənin tapılması və onun müalicə edilməsi vacibdir. Əks halda epidemiyanın yayılması davam edəcək. Vətəndaşların bölgələrə sərbəst gediş-gəlişinin qarşısının alınması da epidemiyanın qarşısnın alınması məqsədi ilə həyata keçirilir.

Epidemiyanın qarşısının alınması üçün əhalinin təşəbbüskar olması lazımdır. Misal üçün ictimai nəqliyyatda hamının maska taxmasına ən yaxşı nəzarət edənlər sərnişinlərin özüdür. Sərnişinlər özləri maskadan istifadənin tələb edilməsində maraqlı olmalı və bir-birinə dəstək olmalıdır əhali sıx olan avtobuslara minməkdən imtina etməlidir.

Müşahidə olunur ki, bəzi yoluxmuş vətəndaşlar özlərini təcrid etmirlər. Bu artıq sosial deyil, cinayət məsuliyyətidir. Çünki bir yoluxmuş insan onlarla insanı yoluxdurur, həm səhiyyə sistemini yükləyir, həm də vətəndaşların həyatına təhlükə yaradır.

Əsas məslələrdən biri də odur ki, müəyyən narahatlığa görə mütləq yerli polikilinikalara müraciət olunmalıdır. İnsanlar ev şəraitində özünü müalicə etməməlidir, həkim nəzarəti olmadan müxtəlif dərmanlardan istifadədən imtina olunmalıdır. özünü narahat edən hər bir insan təcili tibbi yarım və ya poliklinikalara müraciət etməlidir. insanlar infeksiya ilə yoluxması və ya xəstələnməsi barədə məlumat verməkdən çəkinməməlidir. bu, həm yoluxmuş vətəndaşın özünün tez sağalması, həm də ölkədə infeksiya ilə mübarizəyə dəstək üçün zəruridir . Yerli polikilinikalara müraciət edilməsi həm də təcili tibbi yardıma müraciət sıxlığını aradan qaldırmağa imkan verəcək. Mövcud qaydalara riayət etməklə xəstəliyin yayılma zənciri qırılmalıdır.

Bütün vətəndaşlar ictimai tədbirlərin qadağan olunması tələblərinə ciddi əməl etməlidirlər. Bir səhv çox ağır nəticələrə səbəb olur.

Bu gün ölkəmizdə Koronavirus infeksiyasına qarşı mübarizə üçün bütün lazımı ehtiyatlar mövcuddur. Əhalinin dərmanla təmin olunması istiqmətində də dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Ölkədə əhalinin istifadəsi üçün maska təminatında heç bir problem mövcud deyildir. Monitorinq qrupları apteklərdə dərman və maska ehtiyatı monitorinq edir. Bütün bunlar, eləcə də görülən digər tədbirlər dövlətimizin və cəmiyyətin birlikdə epidemiyanın qarşısını alacağına inamımızı artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*