Koronavirus məşhur alimin həyatına son qoydubackend

Koronavirus məşhur alimin həyatına son qoydu

HİV virusuna qarşı araşdırmaları ilə tanınan dünyaşöhrətli Cənubi afrikalı professor Gita Ramcii Covid-19-dan dünyasını dəyişib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda İngiltərədən Cənubi Afrikaya qayıdan  alim pnevmoniya əlamətləri ilə KvaZulu-Nata bölgəsindəki xəstəxanaya yerləşdirilib. Ramcii müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cənubi Afrikada indiyədək koronavirusdan 5 nəfər dünyasını dəyişib. 1353 nəfər isə yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*