Yel Universitetinin ictimai səhiyyə üzrə eksperti Çen Si bildirib ki, fevralın 21-i koronavirusun davam edən partlayışında dönüş nöqtəsi ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Global Times” nəşri yayıb.
Son rəsmi məlumatlar göstərdi ki, bir gün əvvəl materik Çində 3235 virusa yoluxma halları baş verib və ondan bir sutka əvvəl isə bu rəqəm 2829 təşkil edib.
Xəstələrin ümumi sayı 20 mini keçib. Təsdiqlənmiş diaqnozların sayının sürətlə artması epidemiyanın zirvəyə yaxınlaşması deməkdir.
Dosent Çen Si hesab edir ki, pik fevralın 21-də baş tutacaq. Onun sözlərinə görə, Çin hökumətinin köməyi ilə koronavirusun yayılmasının qarşısı nisbətən alınır.
Yeni virus 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində (Hubey əyaləti) aşkarlanıb.
Son məlumatlara görə, 427 nəfər koronavirusun qurbanı olub. Çində xəstələnənlərin ümumi sayı 20,5 minə yaxınlaşıb, bu günədək 632 nəfər sağalıb.
Virusun törədilməsi halları Belçika, Böyük Britaniya, Hindistan, İtaliya, Avstraliya, Filippin, Malayziya, Fransa, Almaniya, Finlandiya, Kamboca, Nepal, Şri-Lanka, Sinqapur, Səudiyyə Ərəbistanı, BƏƏ, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da aşkarlanıb.
Yanvarın 31-də Rusiyada ilk koronavirus xəstəliyi aşkar edilib. Hər iki şəxs Çin vətəndaşlarıdır.
Babək Göyüş
KONKRET.az
