Rusiyanın Yekaterinburq şəhərində COVID-19-a yoluxmuş xəstə polisi bıçaqlayıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs xəstəxanaya getməkdən imtina etdiyi üçün polisə çağırılıb.
Polisə müqavimət göstərən xəstə ona bıçaq zərbəsi endirib.
Polis əməkdaşı çiynindən yaralanıb.
Hücum edən şəxs saxlanılıb və xüsusi xəstəxanaya yerləşdirilib.
