“Koronavirusun simptomları dəyişib” – Professordan MÜHÜM AÇIQLAMAbackend

"Koronavirusun simptomları dəyişib" - Professordan MÜHÜM AÇIQLAMA

Əvvəllər COVİD-19-a yoluxan zaman hərarət, baş, bədən ağrısı və dadbilmənin itməsi kimi əlamətlər var idisə, indi yoluxmada soyuqdəymə əlaməti daha çox müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bunu türkiyəli professor, həkim Məhməd Ceyhan deyib.

“Bu, yalnız uşaqlarda deyil, böyüklərdə də belədir. Virusa yoluxma böyüklərdə 85 faiz, uşaqlarda isə 90 faiz simptomsuz keçir. Bir tərəfdən bu, yaxşı bir şeydir, lakin digər tərəfdən diaqnoz qoyulmadıqda tədbir görülməsini çətinləşdirən hadisədir. Çünki düşmənin harada olduğunu bilmirsən. Avtobusa minirsən, orada virusa yoluxmuş insan olur, amma bundan xəbərsiz olursan. Bu, tamamilə koronavirusa xas bir vəziyyətdir. Ətrafınızda düşmən var, siz isə yalnız 10 nəfərdən birini görə bilirsiniz. Ona görə də mübarizə aparmaq heç də asan deyil.

Peyvəndlər ən təsirli müdafiə üsuludur, ancaq əhalinin 80 faizi peyvənd olunan zaman öz təsirini göstərir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*