Koronavirusun sürətlə yayılmasının daha bir səbəbi MƏLUM OLDUbackend

Koronavirusun sürətlə yayılmasının daha bir səbəbi MƏLUM OLDU

Qeyri-adi isti qış bu il yaşlı italiyalılarda mülayim qripə yoluxmanı sürətləndirib. Lakin daha sonra bu, koronavirusun yayılması ilə müşaiyət olunub.

KONKRET.az xəbər verir ki, bu nəticəyə İtaliyanın Səhiyyə Nazirliyi gəlib. Nazirliyin açıqlamasında bildirilir ki, noyabr-yanvar aylarında asanlıqla ötürülən qrip epidemiyası koronavirusdan yüksək ölüm hallarına səbəb olub. Qeyd edək ki, statistikaya görə, hər il İtaliyada qripdən 8 minə yaxın insan ölür, ancaq bu il bu rəqəm daha aşağı idi. Qeyd olunur ki, ölkənin şimal bölgələrində ölüm orta hesabla 6%, mərkəzdə və cənubda isə 3% təşkil edib. Nəticədə qrip epidemiyası zamanı risk altında olan yaşlı insanlarda koronavirus pandemiyası ölüm halları ilə nəticələnib. Xatırladaq ki, koronavirusla bağlı ən çətin vəziyyət ABŞ, İtaliya, İspaniya və bir sıra Avropa ölkələrindədir. Virusdan ölənlərin sayına görə İtaliya birinci yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*