“Ayaq barmaqlarında dəri qaşınması diqqət yetirilməli növbəti simptomdur”.
Dünyanı zəbt edən yeni növ koronavirus infeksiyasının (COVID-19) yeni simptomu açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə britaniyalı həkim Hüseyn Abde məlumat verib.
Həkimin sözlərinə görə, ayaq barmaqlarında qızartı COVID-19-un inkişafını göstərə bilər.
Koronavirusa yoluxan bəzi xəstələr aşağı ətrafların şişməsindən və yanma hissindən şikayətləniblər.
O qeyd edib ki, “kovid-barmaq” problemi yaranan kimi həkimə xəbər vermək lazımdır.
Vəsilə İbrahim
KONKRET.az
