KONKRET.az RİA Novosti-yə istinadən bildirir ki, Tayvanın İlan əyalətində körpünün uçması nəticəsində xəsarət alanlar var.
Körpü dünən günorta çöküb. Yaxınlıqda olan patrul xidmətinin apardığı video çəkilişə əsasən, benzin daşıyan maşın digər sahilə çata bilməyib və suya düşüb. Körpünün altında isə insanlar qayıqlarda balıq tuturlarmış və onların hamısı suya düşüb.
Hazırda hadisə yerində xilasediclər işləyirlər, onlar qayıqların və xəsarət alanların sayını müəyyənləşdirirlər. İnsidentin səbəbi də hələ açıqlanmayıb. Yerli KİV-in bildirdiyinə görə, 10 nəfər artıq hospitala yerləşdirilib: onlardan 6 nəfəri filippinli, 3 nəfəri indoneziyalı və bir nəfər isə yerli sürücüdür.
Axtarış və xilasetmə işləri davam etdirilir.
