Kosovo və Serbiya liderləri Brüsseldə görüşəcəklərbackend

Kosovo və Serbiya liderləri Brüsseldə görüşəcəklər

Kosovonun Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiç avqustun 18-də Brüsseldə görüşəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib.

A.Kurti və A.Vuçiç Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə görüşəcəklər.

Qeyd edək ki, Aİ avqustun 1-də hər iki liderə görüş barədə təklif göndərmişdi.

Xatırladaq ki, Kosovo və Serbiya arasında gərginliyə səbəb Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar olub.

Etirazlardan sonra bu qaydalar təxirə salınıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*