Krasnodarda üç erməni öldübackend

Krasnodarda üç erməni öldü

Rusiya Federasiyasının Krasnodar diyarının Armavir şəhərinin yaxınlığında “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, qəza nəticəsində üç nəfər yerindəcə keçinib. Ölənlər 1938, 1984 və 1988-ci il təvəllüdlü Ermənistan vətəndaşları olub. Qəzada ciddi bədən xəsarəti alan 2013-cü il təvəllüdlü erməni qız Armavir Şəhər Uşaq Klinikasına aparılıb. Hazırda reanimasiyadadır. Hadisə ilə bağlı Ermənistanın Rusiyadakı Səfirliyi və Rostov-Dondakı Baş Konsulluğu Rusiya Federasiyasının müvafiq orqanları və tibb müəssisəsi ilə mütamadi əlaqə saxlayır.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*