Kremlin Krıma vurulan zərbəyə necə cavab verəcəyi barədə proqnozlar verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Mark Feyqinlə canlı yayımda hərbi ekspert Oleq Jdanov danışıb.
O bildirib ki, Rusiyanın raket hücumları istisna olmaqla, Ukraynaya işğal olunmuş Krımdakı hava bazasına hücumla cavab verə biləcək praktiki heç nə yoxdur.
Kremlin ələ keçirilən Zaporojye AES-i ilə bağlı təhdidləri və onun mümkün zədələnməsi barədə danışan Jdanov onların ciddiliyinə şübhə edib.
“Qaldı yeganə vasitə raket zərbəsi endirməkdir. Son raket zərbələrinə və hətta Vinnitsa üzərində “Kinjal”ın istifadəsinə görə, deyərəm ki, bu, raketlərlə də gərginlik var. Buna görə də, kütləvi zərbə olmayacaq, lakin bir neçə hədəfə qrup zərbəsi ola bilər. Çünki Rusiya Federasiyası bu gün cəbhədəki vəziyyətə köklü təsir göstərmək iqtidarında deyil. Bu gün biz onlara bütün cəbhə xətti boyunca hərbi əməliyyatların aparılması qaydasını tətbiq edirik”, – deyə ekspert vurğulayıb.
Jdanov Putinin Bankovaya hücum edəcəyinə inanmır. O, təkrar edib ki, Prezident Aparatının binası hələ sovet dövründən etibarlı şəkildə qorunur.
Xatırladaq ki, avqustun 9-da Krımda Saki şəhəri yaxınlığındakı hərbi aerodrom ərazisində partlayışlar baş verib. Məhz bu aviabazadan düşmən təyyarələri Zaporojye, Nikolayev və Xerson rayonlarını bombalamaq üçün uçurdu.
Bu partlayışların Ukraynadan atılan raket zərbələri nəticəsində baş verdiyi deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
